Həmçinin hazırlanma videosunu instagram üzərindən də izləyə bilərsiniz. Keçək reseptə.
Tərkibi:
150 ml kərəyağı
60 qr şəkər tozu
1 ədəd yumurta
1paket vanil
1 ç.q qabartma tozu
Apardığı qədər un
Hazırlanması:
İlk olaraq əridilmiş kərəyağını yoğurma qabına əlavə edirik. Üzərinə yumurtanı əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra şəkər tozunu əlavə edib qarışımı bir az krem halına gələnə qədər çırpırıq.
Ardınca vanil, qabartma tozu və unu əlavə edib yumşaq xəmir yoğururuq. Xəmirin konsistensiyası istifadə etdiyiniz unun növünə görə dəyişə bilər. Buna görə unu kontrollu şəkildə əlavə etməyiniz tövsiyə olunur. Videodakı kimi yumşaq və ələ yapışmayan xəmir alınmalıdır.
Hazır xəmiri açıb kiçik qəliblərlə ulduz forması veririk. Qəlibiniz yoxdursa əlinizlə forma verərək yumrulaya bilərsiniz.
Qurabiyaları yağlı kağız sərilmiş soba listinə aralı şəkildə düzün ki, bişərkən şişib bir-birinə yapışmasın.
160°C sobada əvvəlcə alt-üst rejimdə, daha sonra isə üst rejimdə qızarana qədər bişirin. Bişmə müddəti sobanın növünə görə dəyişə bilər. ✨ Ovulan qurabiyədir, mütləq dərəcəni və rejimi öz sobanıza uyğun olaraq seçin.
Mənim sobamda təxmini 10-15 dəqiqə ərzində bişdi.
Nuş olsun!
