200 nəfər izləyici üçün Blinçik Tortu hazırlamışdım🎂🍓 İzləmək üçün instagrama keçid et.
Əsl yaz və yay aylarının ləzzəti..
Blinçik xəmiri üçün:
(stəkan ölçüsü 200 ml)
4 stəkan süd
3 yemək qaşığı şəkər tozu
(zövqünüzə uyğun azaldıb çoxalda bilərsiniz)
3 ədəd yumurta
Yarım çay qaşığı duz
2 stəkan stəkan un
Qarışdırıb, topaq qalmaması üçün blendrdan keçiririk. Və ya bunu süzgəclə də əvəz edə bilərsiniz.
Krem üçün:
150 qr krem şanti
1 stəkan ( 200 ml ) süd
Qatılaşdırılmış süd – 4-5 yemək qaşığı
Meyvələr zövqə görə: Çiyələk, banan, kivi və s.
Əgər turş və şirin dadları bir yerdə sevmirsinizsə bu tortu banan və şokoladla hazırlaya bilərsiniz.
Hazırlanması:
Blinçikləri incə şəkildə bişirib 20-30 dəq soyuması və estetik olmasə üçün kənara qoyuruq.
Alt qat üçün lazım olan blinçiki qəlibə uyğun kəsirik, daha sonra videoda göründüyü kimi blinçikləri tortun kənarı üçün qəlibə yerləşdiririb alt qata krem çəkirik.
Alt qatın üzərinə bir qat blinçik əlavə edirik.
Kənarda bliçikləri kremləyib, meyvələrdən düzürük, dürüm kimi bükürük və qəlibə yerləşdiririk.
Daha sonra təkrar kremləyib, sadə blinçiki üzərinə yerləşdiririk və təkrar kənarda bliçikləri kremləyib, meyvələrdən düzüb bükürük və qəlibə yerləşdiririk.
Təkrar kremləyib sadə blinçiki yerləşdiririk.
Bu qatı da incə şəkildə kremləyib, üst hissəsini blinçikləri buraraq, səliqəli görünüşlə bağlayırıq.
Orta hissəyə 1 çay qaşığı kremi yayıb, meyvələrdən düzürük.
Daha aydın izahı videodan götürə bilərsiniz
3-5 saat soyuducuda saxladıqdan sonra kəsə bilərsiniz.
Nuş olsun!🍓
