Tiramisu

İzləmək üçün instagrama keçid edin.

Ərzaqlar:

  • 30 ədəd kedi peçenyesi
  • 800 ml süd
  • 5 x.q un
  • 1 ədəd yumurta sarısı
  • 1 stəkan şəkər tozu
  • 400 qr labne pendiri
  • 1 paket vanil

İslatmaq üçün:

  • 400 ml isti su
  • 2 x.q qranul qəhvə
  • 1 x.q şəkər tozu

Üzəri üçün:

  • Kakao

Əvvəlcə süd, şəkər, unu kənarda qarışdırıb, yumurta sarısını əlavə edib təkrar qarışdırırıq. Bu qarışmı ocaqda az dərəcədə qatılaşana qədər bişiririk. Qatılaşıb ipək kimi konsistensiya aldıqdan sonra vanil əlavə edib soyumağa qoyuruq. Kremin istiliyi azaldıqda isə içinə labne pendiri əlavə edib mikserlə çırpırıq, nəticədə yüngül və möhtəşəm bir krem alınır.

Digər tərəfdə isə isti su, qəhvə və şəkərlə hazırladığımız qarışımda “kedi dili” peçenyelərini azca isladırıq. İlk qat peçenyeləri düzür, üzərinə bol krem yayırıq. Sonra yenidən peçenye və krem qatı əlavə edərək desertimizi tamamlayırıq.

Ən son üzərinə ələnmiş kakao səpərək soyuducuya yerləşdiririk. Bir gecə soyuducuda saxladıqdan sonra isə hər qaşıqda qəhvə və krem harmoniyasını hiss edəcəyiniz möhtəşəm tiramisu hazırdır! 🤎

Qeyd: Mən espresso kofedən istifadə etdim. Və kedi dili peçenyelərim az olduğu üçün bir qat etdim. Tövsiyə edirəm ki, siz reseptdəki üsulla hazırlayın.