Lotus Cheesecake

Hazırlanma videosunu izləmək üçün instagrama keçid edin.

Alt qat:
200 qram peçenyeni xırdala, üzərinə 100 qram əridilmiş kərə yağı əlavə edib qarışdır. Qarışımı qəlibə sıx bas və 20 dəqiqə soyuducuda saxla.

Krem hissəsi:
400 qram krem pendiri 100 qram şəkər tozu ilə çırp. Ayrı qabda 200 ml qaymağı köpüklənənə qədər çırp və pendir qarışımına əlavə et. Üzərinə 150 qram Lotus Biscoff kremi və vanil əlavə edib qarışdır. Həll olunmuş halal jelatini də əlavə edərək daha bərk krem əldə edə bilərsən. (Səhvən nişasta demişəm.)

Biscoff krem:
Ərzaqlar:
200 qram lotus peçenye
100 ml süd
80 qram kərə yağı (əridilmiş)
2-3 x.q şəkər tozu
1 çimdik duz
1 ç,q-darçın

Hazırlanışı:
Peçenyeləri blenderdə un kimi xırdala.
Üzərinə südü əlavə et və qarışdır.
Əridilmiş kərə yağı, şəkər, darçın duzu əlavə et.
Ehtiyac olarsa blenderdən yenidən keçir, hamar krem halına gələnə qədər.

Hazır olan alt təbəqəyə kremi əlavə et, soyuducuya qoy, üzəri tam donduqdan sonra kremi çək, ovulmuş peçenyəni əlavə et və təkrar soyuducuya yerləşdir.

Soyuducuda minimum 4-5 saat, ideal olaraq 1 gecə saxla.