Əgər mətbəxə yeni addım atanlardansınızsa və sevdikləriniz üçün dadlı bir şirniyyat hazırlamaq istəyirsinizsə, bu bloq yazısı tam sizin üçündür! Sizin mətbəxdəki yoldashchef-iniz olaraq bu gün sizlərlə şirniyyat hazırlayarkən diqqət etməli olduğunuz xırda məqamları və asan hazırlanan şirniyyat reseptlərini bölüşəcəyik. Düzgün edilmiş bir resept mətbəxdə özünəinamın başlanğıcıdır. Gəlin, mətbəxdəki ilk uğurunuza birlikdə imza ataq!

Bir-birindən dadlı şirniyyat reseptləri, faydalı məsləhətlər ilə tanış olun, zövqünüzə uyğun olanı elə indi sınayın.
Südlü şirniyyatlar: sütlaç resepti və muhallebi
7 illik təcrübəmə əsasən deyə bilərəm ki, şirniyyat dünyasının ən asan tərəfi südlü desertlərdir. Məsələn, uşaqlığımızın o məşhur sütlaçı həm hazırlanma qaydası ilə çox bəsitdir, həm də hər kəsin zövqünə xitab edən asan şirniyyat resepti nümunəsidir. Əslində, sütlaç resepti axtaranlar üçün düyünün bişmə dərəcəsi ən önəmli detaldır.
Sütlaç üçün: 1 litr südü yarım stəkan düyü (əvvəlcədən qaynadılmış) və 1 stəkan şəkər tozu ilə qatılaşana qədər bişirin. Son olaraq vanil əlavə edib qablara boşaldın. Soyuducuda 10-15 dəqiqə saxladıqdan sonra sobada 10-15 dəqiqə üstü qızaracaq rejimdə bişirin. Bu sadə şirniyyat resepti hər kəsin favoritidir.
Əgər bir az daha fərqli dad axtarırsınızsa, mütləq muhallebi hazırlamağı sınaqdan keçirin. Düzgün seçilmiş bir muhallebi resepti sayəsində hazırladığınız desertlər mağazadakı ev tortları qədər cəlbedici görünə bilər. Hazırladığınız bu şirniyyat resepti ilk dəfə şirniyyat hazırlayanlar üçün həm vaxt, həm də əziyyət baxımından daha əlverişli olacaq.

Şokoladlı tort hazırlamağın asan üsulu
Evdə uşaqlar varsa və ya özünüz şokolad vurğunusunuzsa, şokoladlı tort hazırlamaq qaçılmazdır. Tortun o möhtəşəm teksturasını əldə etmək üçün krem hazırlanması hissəsinə bir az səbrlə yanaşmağınız lazımdır. Yaxşı bir şokoladlı tort hazırlamaq əslində bu qədər asandır.
Daha tez hazırlanan resept istəyirsinizsə, porsiyalı muffin resepti sizin üçün ən praktik asan şirniyyat resepti olacaq. Bu resept çay saatlarınızı rəngləndirəcək.
Kakaolu keks resepti və magnoliya deserti
Bəzən insanın canı daha rəngarəng və fərqli bir desert çəkir. Əgər klassik dadlardan uzaqlaşıb hər kəsin sevdiyi bir dad hazırlamaq istəyirsinizsə, kakaolu keks resepti sizin üçün ən doğru seçimdir. Bu keks həm çox asan hazırlanır, həm də çay saatlarının ulduzuna çevrilir. Lakin keksin quru qalmaması üçün üzərinə hazırlayacağınız krem resepti böyük rol oynayır.
Yüngül və meyvəli bir dad axtaranlar üçün isə magnoliya deserti əvəzolunmazdır. Qat-qat düzülən biskvit, krema və təzə meyvələrin harmoniyası bu deserti unudulmaz edir. Bu desert növündə ən vacib məqam isə içərisindəki qaymaqlı krem toxunuşudur. Düzgün çırpılmış və ipək kimi hamar olan qaymaqlı krem sayəsində magnoliya deserti restoranlardakından daha dadlı alınacaq. Həm kakaolu keks resepti, həm də digər təamlar üçün hazırlayacağınız bu krem resepti sizin mətbəx sirlərinizdən birinə çevriləcək.

Asan hazırlanan ballı tort
Bəzən elə bilirik ki, qat-qat tortlar hazırlamaq peşəkarlıq tələb edir. Amma evdə asan yemək reseptləri arasında elələri var ki, sadəliyi ilə insanı təəccübləndirir. Balın insan orqanizminə xeyri haqqında yəqin ki, məlumatınız var. Məlumatı olmayanlar isə linkə daxil olaraq faydalana bilərlər. Baldan boşuna söz açmadıq. Məsələn, asan hazırlanan ballı tort həm qoxusu, həm də dadı ilə masanın vazkeçilməzi olur. Bu şirniyyat resepti ailənizin sevimlisinə çevriləcək. Buna görə də əgər tez-tez ballı tort bişirmək istəmirsinizsə bu reseptdən uzaq durun.
Bu tortun ən vacib nöqtəsi qatların arasındakı qaymaqlı krem necə hazırlanır sualının sirrini bilməkdir. Düzgün krem hazırlanması bu tortu ağızda əriyən bir ləzzətə çevirir. Mətbəxdə yeni təcrübə qazanmağınıza baxmayaraq ballı tort hazırlamaq sizi mətbəxdə peşəkar kimi göstərəcək.

Bluberry muffins və banana muffin hazırlamağın sirri
Mətbəxinizdə fərqlilik yaratmaq üçün blueberry muffins və ya yumşaq banana muffin hazırlaya bilərsiniz. Məsələn, bluberry muffins hazırlayanda giləmeyvələri azca unlamaq onların dibə çökməsinin qarşısını alır. Sadə və ətirli bir dad üçün isə banana muffin hər zaman ən yaxşı seçimdir. Hər iki keks asan və qənaətli şirniyyat resepti üçün olduqca uyğundur.

Ev tortları üçün doğru krem hazırlanması
Bütün ev tortlarının ləzzətli olması demək olar ki, onun kremindən asılıdır. Krem hazırlanması zamanı ərzaqların temperaturuna diqqət yetirsəniz, şirniyyatınız peşəkar görünəcək. Bu üsulla hazırlanan hər bir şirniyyat resepti hər zaman dadlı və keyfiyyətli olur. Həyatınızdakı ilk şirniyyat resepti təcrübəniz necə olursa olsun, ruhdan düşməyin. İstər yüngül bir sütlaç resepti, istərsə də ləzzətli bir muffin resepti ilə başlayın. Və mütləq sevgi qatın. Ondan sonra əmin olun ki, inşəAllah sizdə mütləq alınacaq! Yuxarıda qeyd olunan bütün şirniyyat reseptləri üçün linkə keçid edin. Yoldashchef ilə sınayın və fikirlərinizi bölüşməyi unutmayın!
Əgər sizin özünüzə məxsus şirniyyat reseptləriniz varsa rəylərdə bizimlə bölüşün növbəti resepti sizin üsulla hazırlayaq.